Xəzərin sahilində Avrasiyanın gələcək taleyini müəyyən edən tarixi addım! Türkmənbaşıda bir araya gələn Azərbaycan və Mərkəzi Asiya liderləri — altı ölkənin dövlət başçısı regional inteqrasiyanın yeni geosiyasi və iqtisadi modelini rəsmiləşdiriblər. Prezident İlham Əliyev və beş həmkarının eyni masa arxasında imzaladığı tarixi Birgə Bəyanat və Məşvərət görüşünün nizamnaməsini müəyyən edən tənzimləyici Qərar regionda çoxmilyardlıq nəqliyyat, loqistika və yaşıl enerji layihələrinin hüquqi təməlinə çevrilir. Avrasiyanın yeni güc birliyini formalaşdıran bu strateji imzaların pərdəarxası məqamları və tam təfərrüatları süjetimizdə!















