Xəzər dənizinin dayazlaşması fəlakətli həddə çatır — Azərbaycan lideri regional təhlükənin dəhşətli statistikasını açıqlayıb. Türkmənistanda keçirilən Xəzər Ekoloji Sammitinin geniş tərkibdə iclasında çıxış edən Prezident İlham Əliyev dəniz səthinin ümumi sahəsinin 20 min kvadratkilometrdən çox azaldığını, təkcə Azərbaycan hissəsində isə 30 min hektar quru sahənin əmələ gəldiyini bəyan edib. Dövlət başçısı dayazlaşmanın təkcə iqlim deyil, həm də antropogen amillərlə bağlı olduğunu vurğulayaraq Xəzəryanı ölkələri təcili olaraq ümumi müzakirələrdən daimi fəaliyyət göstərən icra mexanizminə keçməyə çağırıb. Bakının bu kritik çağırışının təfərrüatları və təhlükənin iqtisadi-logistik fəsadları süjetimizdə!















