Badamdarda gecə yarısı özbaşınalıq: Sakinlərin yuxusu ərşə çəkilib!
Səbail rayonunun Badamdar qəsəbəsində (3-cü massiv) yaşayan yüzlərlə insan artıq üç gündür ki, gecə kabusu yaşayır. Saat 22:00-dan sübh bərəkətinədək davam edən ağır texnika gurultusu, qazıntı və beton işləri sakinləri cana yığıb. Aralarında körpələrin və qocaların olduğu onlarla ailə səs-küydən yata bilmir.













