Əməkdar jurnalist Mirşahin Ağayevdən ölkə gündəmini sarsıdan şok ifşa və xəbərdarlıq! O, sosial şəbəkə hesabında Azərbaycan-Türkiyə münasibətləri, hicab mövzusunun manipulyasiyası və məktəblərə gizli sızma cəhdləri ilə bağlı olduqca sərt bəyanat yayıb.
İki ölkə arasında "böyük qardaş" ritorikasını qəbul etməyən jurnalist, rəsmi Ankaranın 2016-cı ildə ləğv etdiyi FETÖ şəbəkəsinin başqa ad altında Azərbaycan məktəblərində yenidən canlandırılmağa çalışıldığını iddia edib: "İfşa edilmisiniz artıq! Əməlinizin adı Allahın adından dələduzluqdur!".














