Təhsil sistemindəki problemlər, anlaşılmaz açıqlamalar və cavabsız suallar cəmiyyətdə müzakirələrə səbəb olmaqda davam edir. Müəllimə Günay Məmmədova sosial şəbəkə hesabından elm və təhsil naziri Emin Əmrullayevə səslənərək onu açıq debata dəvət edib. O, nazirin xalqın başa düşəcəyi sadə və anlaşılan dildə danışmasını, təhsilin niyə bu vəziyyətə düşdüyü ilə bağlı suallara aydın cavab verməsini istəyir. Bəs Günay Məmmədova nazirə daha hansı sualları ünvanlayıb?















