Bakı şəhəri, Nəsimi rayonu, Vaqif prospekti, 11a ünvanında yerləşən qeyri-yaşayış binası hərrac vasitəsilə satışa çıxarılıb.
1xeber.media xəbər verir ki, icra məmurlarının sifarişi əsasında hərraca çıxarılan obyekt 6 mərtəbədən ibarətdir.
Satışa çıxarılan obyektin torpaq sahəsinin ölçüsü 0,06076 hektara bərabərdir. 50 otaqdan ibarət olan və hazırda “GreenPark” adlı otel kimi fəaliyyət göstərən obyektin minimum satış qiyməti 5 milyon 561 min 890 manat təşkil edir. Obyektin ilkin bazar qiymətinin isə 6 milyon 543 min 400 manat olduğu bildirilir.















