Baş prokuror Kamran Əliyevin əmri ilə Bakı şəhəri Nizami rayon prokuroru Pərviz İbayev tutduğu vəzifədən azad olunaraq Binəqədi rayon prokuroru vəzifəsinə təyin edilib. Yeni təyinat alan prokurorun ölkənin ən məşhur ailələrindən birinin övladı olduğu məlum olub. Pərviz İbayev uzun müddət məhkəmə-hüquq sistemində yüksək vəzifələrdə çalışmış, "Şöhrət" ordenli mərhum hakim Mansur İbayevin oğludur. Bununla yanaşı, yeni prokurorun keçmiş təhsil naziri Misir Mərdanovun kürəkəni olduğu bildirilir.oxu24.com














