Energetiklər Günündə Mingəçevir Dövlət Universitetində (MDU) regionun ilk və ən böyük “GreenAI” Günəş Enerji Laboratoriyasının təntənəli açılış mərasimi keçirilib.
2026-cı ilin 20 oktyabr tarixində – Energetiklər Günündə Mingəçevir Dövlət Universitetində regionun ilk və ən böyük “GreenAI” Günəş Enerji Laboratoriyasının açılış mərasimi keçirilib. Yaşıl enerji texnologiyalarının inkişafı, mühəndislik təhsilinin müasirləşdirilməsi və elmi-tədqiqat imkanlarının genişləndirilməsi məqsədilə yaradılan laboratoriya müəllim və tələbələrin istifadəsinə verilib.
Açılış mərasimində MDU-nun rektoru Anar Eminov, universitetin professor-müəllim heyəti və əməkdaşları, Enerji Məsələlərini Tənzimləmə Agentliyinin Mingəçevir filialının rəisi Səbuhi Mürsəlov, filialın enerji müfəttişi Qabil Vəliyev və “Azərenerji” ASC-nin tabeliyində olan Yüksək Gərginlikli Elektrik Şəbəkəsinin direktor müavini Əhəd Quliyev iştirak ediblər.
Tədbirdə çıxış edən rektor Anar Eminov bildirib ki, “GreenAI” Günəş Enerji Laboratoriyasının istifadəyə verilməsi universitetdə müasir mühəndislik təhsilinin inkişafı, tələbələrin praktiki bacarıqlarının gücləndirilməsi və bərpa olunan enerji sahəsində innovativ tədqiqatların aparılması baxımından mühüm əhəmiyyət daşıyır.
Rektor laboratoriyanın məhz 20 Oktyabr – Energetiklər Günündə açılmasını xüsusi əlamətdar hadisə kimi qiymətləndirib. Qeyd edib ki, Azərbaycanın mühüm energetika mərkəzlərindən biri olan Mingəçevirdə belə bir laboratoriyanın yaradılması enerji sektorunun gələcək inkişafına, yaşıl texnologiyaların tətbiqinə və yüksəkixtisaslı mühəndis kadrların hazırlanmasına töhfə vermək məqsədi daşıyır.
“Energetiklər Günündə yeni laboratoriyanın istifadəyə verilməsi həm ölkəmizin energetika sahəsində çalışan mütəxəssislərinə göstərilən ehtiramın, həm də bu sahənin gələcəyinə yönəlmiş mühüm təşəbbüsün ifadəsidir. Məqsədimiz nəzəri bilikləri praktiki bacarıqlarla birləşdirən, müasir enerji texnologiyalarını mənimsəyən və innovativ həllər təqdim edə bilən mütəxəssislər yetişdirməkdir”, – deyə Anar Eminov vurğulayıb.
Bildirilib ki, yeni laboratoriya müəllim və tələbələrə günəş enerjisi sistemlərinin layihələndirilməsi, modelləşdirilməsi, enerji səmərəliliyinin təhlili və texniki-iqtisadi göstəricilərin qiymətləndirilməsi imkanları yaradacaq. Laboratoriyada SAM (System Advisor Model), PVsyst və digər müasir proqram təminatlarından istifadə, həmçinin süni intellekt və rəqəmsal texnologiyaların bərpa olunan enerji sistemlərinə inteqrasiyası istiqamətində tədris və tədqiqat fəaliyyətləri nəzərdə tutulur.
Laboratoriyanın yaradılmasında Türkiyənin Orta Doğu Teknik Universitetinin (ODTÜ) Günəş Enerjisi Araşdırma və Tətbiq Mərkəzinin (GÜNAM) elmi təcrübəsi və beynəlxalq əməkdaşlıq imkanları xüsusi əhəmiyyət daşıyır.
Mərasim zamanı iştirakçılar laboratoriyanın imkanları ilə tanış olublar. Rektor Anar Eminov açılışda iştirak edən enerji sektoru nümayəndələrinə təşəkkürünü bildirərək təhsil–elm–sənaye əməkdaşlığının genişləndirilməsinin vacibliyini vurğulayıb.
Qeyd edək ki, “GreenAI” Günəş Enerji Laboratoriyasının yaradılması MDU-nun 2030-cu ilədək Strateji İnkişaf Planının və “Green Campus 2030” konsepsiyasının hədəflərinə uyğun olmaqla, universitetdə yaşıl transformasiyanın sürətləndirilməsinə, elmi-innovasiya mühitinin inkişafına və gələcəyin enerji mütəxəssislərinin hazırlanmasına xidmət edir.