Millət vəkili Cavanşir Feyziyevə məxsus olan “Dokta” apteklər şəbəkəsində ciddi qanun pozuntuları qeydə alınıb. "Real Azərbaycan" xəbər verir ki, Səhiyyə Nazirliyinin Biləsuvarda keçirdiyi yoxlamalar zamanı deputatın şirkətinin qanunları heçə sayaraq güclü dərmanları rəsmi resept olmadan satdığı və preparatların saxlama şəraitini pozduğu rəsmən təsdiqlənib. Artıq Biləsuvar Rayon Məhkəməsi “Dokta” MMC barəsində cərimə qərarı çıxarıb.















