Bakının Xətai rayonunda baş verən və "Ceyhun Sabunçu" kimi tanınan şəxsin ölümü ilə nəticələnən kütləvi davanın pərdəarxası məqamları şok effekti yaradıb. Məlum olub ki, tərəfləri barışdırmaq adı ilə görüş təşkil edən və hadisədən sonra polisə təslim olan deputat Arzuxan Əlizadənin oğlu Əhməd Əlizadənin doğma qardaşı Orxan Əlizadə hazırda məhz hadisənin baş verdiyi Xətai Rayon Məhkəməsinin hakimidir. Bir qardaşın kürsüdə hökm verdiyi rayonda, digər qardaşın ağır cinayət əməli törətməkdə şübhəli bilinməsi ölkə gündəmini sarsıdıb.Daxili İşlər Nazirliyinin keçirdiyi operativ əməliyyatla saxlanılan 9 nəfərin taleyi necə olacaq? Hakimin qardaşı ilə bağlı araşdırma hansı müstəvidə aparılır?

















