"Aqroservis" fermerlərin pulunu vermir: Təsərrüfatlar iflas həddində!
Ölkənin kənd təsərrüfatı sektorunda ciddi maliyyə qalmaqalı yaşanır. Bir qrup fermer aylardır təhvil verdikləri məhsulun pulunu "Aqroservis" MMC-dən ala bilmədiklərini iddia edirlər. Borc içində batdıqlarını və növbəti əkin mövsümünün təhlükəyə düşdüyünü deyən kəndlilər aidiyyəti qurumlardan kömək istəyirlər. Bəs dövlətin fermerlər üçün ayırdığı vəsaitlər hara gedir?















