Salyan rayonunda pambıqçı fermerlər və sahibkarlar kütləvi etiraz aksiyası keçiriblər. "Salyan Aqropark"ın qarşısına toplaşan narazı kəndlilər "Aztəsərrüfat" MMC-yə təhvil verdikləri pambığın pulunu aylardır ala bilmədiklərini bəyan ediblər. Aksiyada ən çox diqqət çəkən məqam isə sözügedən şirkətin arxasında Penitensiar Xidmətin sabiq rəisi, general-leytenant Ceyhun Həsənovun dayandığı iddiasıdır. Fermerlərin generalın vədlərinə kəskin etirazı, ödənilməyən yüz minlərlə manatlıq borcun təfərrüatları və gərgin anlar xüsusi süjetimizdə.
















