1xeber.media-ya müraciət edən paytaxt sakini Nazim Hüseynov üzləşdiyi borc qalmaqalı və məhkəmə çəkişmələri ilə bağlı sensasion iddialar səsləndirib. Vətəndaş bildirir ki, vaxtilə Xətai Rayon İcra Hakimiyyətində çalışmış Əvəz İsmayılov və ətrafındakı şəxslər onu şər-böhtanla üz-üzə qoyaraq, 14 min manatlıq avtomobil ehtiyat hissələrinə görə ondan 56 min manat tələb edir və məhkəmələrə təzyiq göstərirlər. Təfərrüatlar xüsusi video-süjetimizdə.

















