Çinin Sənaye Nazirliyi avtomobillərin ilkin qeydiyyatından sonra altı ay ərzində onların yenidən satışını qadağan etməyi planlaşdırır.
1xeber.media xəbər verir ki, bu barədə "Röyters" məlumat yayıb.
"Bu tədbir yürüşü sıfır olan işlənmiş avtomobillərin satışı ilə mübarizə aparmaq üçün lazımdır. Bu cür avtomobillər dünyanın ən böyük avtomobil bazarında satış üçün unikal sərt rəqabət nəticəsində populyarlaşıb", - məlumatda deyilib.