Kiyev Rusiyadan Ukrayna vətəndaşlarının Gürcüstana deportasiyasını silah kimi istifadə etməyi dayandırmağı tələb edir.
1xeber.media xəbər verir ki, bunu Ukraynanın xarici işlər naziri Andrey Sibiqa deyib.
"Rusiya Ukrayna vətəndaşlarının Gürcüstan vasitəsilə deportasiya edilməsindən müharibə vasitəsi kimi istifadə edir. Biz təklif edirik ki, Rusiya onları birbaşa Ukrayna sərhədinə çatdırsın", - o bildirib.
Ukraynanın xarici işlər naziri qeyd edib ki, iyun ayından etibarən Rusiya ölkədən Gürcüstanla sərhədə deportasiya edilən ukraynalıların sayını xeyli artırıb.