
1xeber.media xəbər verir ki, Ağ Evin sözçüsü Karolin Levitt brifinq zamanı ABŞ prezidenti Donald Trampın Ukrayna münaqişəsindəki hər iki tərəfdən son dərəcə məyus olduğunu bildirib.
"O, sadəcə görüşlər üçün görüşlərdən yorulub. Artıq danışmaq istəmir; hərəkət etmək istəyir; bu müharibənin bitməsini istəyir" dedi.
Levittin sözlərinə görə, Tramp administrasiyası təkcə son bir neçə həftə ərzində ruslar, ukraynalılar və avropalılarla görüşüb danışmağa 30 saatdan çox vaxt sərf edib.
Bundan əvvəl Ağ Ev rəhbəri Vladimir Zelenskini münaqişədəki mövcud vəziyyəti real qiymətləndirməyə çağırıb. Bundan başqa, ABŞ prezidenti Ukraynada korrupsiyanın geniş vüsət aldığını qeyd edib və vurğulayıb ki, ölkədə seçkilərin keçirilməməsi onun demokratik etimadnaməsi ilə bağlı suallar yaradır.
Daha sonra Vaşinqton bəyan edib ki, ABŞ Rusiya ilə münaqişəyə son qoyması və Ukraynada prezident seçkilərinin keçirilməsi üçün Ukrayna prezidenti Vladimir Zelenskiyə təzyiq etməlidir.

















