ABŞ yaxın danışıqlarda Çindən Rusiya neftinin alışını azaltmağı xahiş edəcək.
1xeber.media xəbər verir ki,bu barədə The Wall Street Journal yazır.
Məlumata görə, ABŞ-ın maliyyə naziri Skott Bessent Çin nümayəndələrini həm də İran neftindən imtina etməyə inandırmağa çalışacaq. Bunun əvəzində o, ABŞ-dan daha çox neft və qaz, həmçinin Boeing təyyarələri və soya tədarükünün artırılmasını təklif etməyi planlaşdırır.
WSJ qeyd edir ki, gözlənilən danışıqlarda Çin lideri Si Cinpin ABŞ prezidenti Donald Tramp ilə görüşdə cavab tələbi kimi Tayvanın müstəqilliyi məsələsini gündəmə gətirə bilər.

















