1xeber.media xəbər verir ki, Ermənistan Baş nazirinin müavini Mqer Qriqoryanın rəhbərlik etdiyi nümayəndə heyəti TRIPP layihəsi ilə bağlı təşkilati məsələləri müzakirə etmək üçün Sünik vilayətinə səfər edib.
Ermənistan hökumətinin mətbuat xidmətinin məlumatına görə, nümayəndə heyətinin tərkibində ərazi idarəetmə və infrastruktur naziri David Xudatyan, eləcə də Şəhərsalma Komitəsinin sədri Yeğiazar Vardanyan da yer alıb.
Səfər zamanı TRIPP layihəsi çərçivəsində infrastrukturun layihələndirilməsi işlərinə başlanması ilə bağlı məsələlər müzakirə olunub.
Qeyd edək ki, TRIPP layihəsi regionda nəqliyyat əlaqələrinin inkişafı və kommunikasiyaların genişləndirilməsi baxımından diqqət mərkəzindədir.

















