HƏMAS ilə İsrail arasında atəşkəs danışıqlarının razılaşma ilə nəticələnməsini alqışlayırıq.
1xeber.media xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.
Türkiyə lideri razılaşmanın Fələstin sakinləri, region və bütün bəşəriyyət üçün faydalı olacağına, davamlı sülhə və sabitliyə qapı açacağına ümidini ifadə edib.
"Türkiyə bunun üçün bütün imkanlarını səfərbər edəcək", - Ərdoğan vurğulayb.
Qəzza zolağında atəşkəs razılaşması əldə olunub.