Ötən həftəsonu Rusiya avtomobil yollarında 368 yol qəzası qeydə alınıb, nəticədə 49 nəfər ölüb, 490 nəfər yaralanıb. Ölənlərdən 33-ü sürücü və nəqliyyat vasitələrinin sərnişinləridir.
1xeber.media xəbər verir ki, bu barədə bazar ertəsi, yanvarın 27-də Rusiya Daxili İşlər Nazirliyinin Dövlət Yol Hərəkəti Təhlükəsizliyi Müfəttişliyi “İzvestiya”ya məlumat verib.
45-i piyada keçidlərində, 53-ü isə onların ərazisindən kənarda baş vermiş 99 yol-nəqliyyat hadisəsi nəticəsində 16 piyada ölüb, daha 126 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Xəsarət alan piyadalar arasında yaşı 16-dan az olan 11 uşaq da olub. Belə ki, Krasnodar diyarında əhalinin məskunlaşdığı ərazidə minik avtomobilinin sürücüsü nizamlanmayan keçiddə yolu keçən 14 yaşlı piyadanı vurub. Yeniyetmə xəstəxanaya yerləşdirilib. Toqquşmaya səbəb keçiddə işıqlandırmanın qeyri-kafi olması və tələbənin üst geyimində əks etdirici elementlərin olmaması olub.
İstirahət günlərində avtobusların iştirakı ilə 19 yol-nəqliyyat hadisəsi baş verib, nəticədə 2 nəfər ölüb, daha 28 hərəkət iştirakçısı xəsarət alıb. Avtobusların iştirakı ilə baş verən 12 qəzaya səbəb digər nəqliyyat vasitələrinin sürücülərinin yol hərəkəti qaydalarını pozması olub.