Amerikalı sahibkar və ABŞ Hökumətin Səmərəliliyi Departamentinin (DOGE) rəhbəri İlon Mask 2026-cı ildə federal kəsiri azaltmaq üçün ABŞ büdcə xərclərini gündə 4 milyard dollar azaltmağı təklif edib.
1xeber.media xəbər verir ki, O, bu barədə yanvarın 31-də özünün X sosial şəbəkəsində (keçmiş Twitter) məlumat verib.
“2026-cı maliyyə ilində federal kəsiri 2 trilyon dollardan 1 trilyon dollara endirmək (2025-ci il oktyabrın 1-dən başlayır və 2026-cı il sentyabrın 30-da başa çatır – Red.) xərclərin gündə orta hesabla 4 milyard dollar azaldılmasını tələb edir”, o yazıb.
Maskın fikrincə, hətta bu cür tədbirlər büdcənin 1 trilyon dollarlıq kəsiri ilə nəticələnəcək, lakin iqtisadi artım bu rəqəmə uyğun olmalıdır ki, bu da öz növbəsində 2026-cı ildə inflyasiyanın olmaması deməkdir.