"Kredit kartı istifadə edənlər, nəğd pul istifadə edənlərə nisbətən 25-30% daha çox xərcləyirlər".
Bu barədə iqtisadçı ekspert Eldəniz Əmirov bildirib.
Ekspertin fikrincə, kredit kartı ilə alış-veriş etməyin insanın pul xərcləmə həvəsinə ciddi təsiri var:
"Bir çox tədqiqatlar bunu təsdiqləyir. Səbəb sadədir. Nəğd pul istifadə edərkən hər dəfə pul xərclədikdə, fiziki olaraq pulun əllərindən çıxması insanlara itki hissi yaradır, bu da xərclərin azaldılmasına səbəb olur. Lakin, kredit kartı ilə alış-veriş etdikdə, bu hissiyat olmur. İnsanlar kartla ödəniş etdikdə, pulun real olaraq əllərindən çıxmadığını hiss etmədikləri üçün daha rahat xərcləyir və alış-verişə daha çox meyl edirlər".
Musavat.com