Dünya bazarlarında “Azeri Light” (CIF) markalı Azərbaycan nefti ucuzlaşıb.
1xeber.media xəbər verir ki, Azərbaycan neftinin 1 barelə olan qiyməti 0,32 ABŞ dolları və ya 0,41% azalaraq 78.52 ABŞ dollarına enib.
Qeyd edək ki, Azərbaycan neftinin əvvəlki qiyməti 78.84 ABŞ dolları təşkil edib.
Xatırladaq ki, “Azeri Light” neftinin ən aşağı qiyməti 2020-ci il aprelin 21-də 15.81 ABŞ dolları, maksimal qiyməti isə 2008-ci ilin iyulunda 149.66 ABŞ dolları qeydə alınıb.