İran Prezidenti Məsud Pezeşkian Azərbaycan Respublikası Prezidentinin köməkçisi Hikmət Hacıyevi qəbul edib.
1xeber.media xəbər verir ki, bu barədə Azərbaycanın İrandakı səfirliyi X hesabında məlumat yayıb.
Görüşdə H.Hacıyev Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin səmimi salamlarını və ölkəmizə səfərə dəvətini İran Prezidentinə çatdırıb.