Slovakiyanın Avropa İttifaqından (Aİ) çıxması ilə bağlı müxalifətin yaydığı bəyanatlar yalandır.
1xeber.media xəbər verir ki, bu barədə ölkənin baş naziri Robert Fiko siyasi partiyaların respublikanın xarici siyasət istiqamətinə dair dəyirmi masasının yekunlarına dair mətbuat konfransında bildirib.
Fikonun fikrincə, Slovakiya Respublikası SMER partiyasının rəhbərlik etdiyi hökumətlər sayəsində Avropaya inteqrasiyanın ən yüksək səviyyəsinə nail olub. Onun sözlərinə görə, ölkə Aİ və NATO-da, eləcə də ondan kənarda “çox aktiv oyunçu” olmaqda maraqlıdır.
Bundan əlavə, Slovakiyanın Baş naziri bəyan edib ki, Slovakiya yeni nüvə blokunun yaradılması ideyasına ölkə prezidenti Peter Pelleqrininin dəstəyi sayəsində enerji sektorunda çox güclüdür. Fikonun fikrincə, bu qərar Slovakiyaya gələcəkdə çoxlu elektrik enerjisi ixrac etməyə imkan verəcək.