Ukraynanın Rovno vilayətində insanlar Belarusla sərhəddə keçid məntəqəsinə etiraz etmək üçün çıxıblar.
1xeber.media xəbər verir ki, bu barədə Ukraynanın “Strana.ua” internet nəşri öz Telegram kanalında Dövlət Sərhəd Xidmətinin mesajına istinadən məlumat yayıb.
Nəşr sərhəd xidmətinin əməkdaşı Andrey Demçenkodan sitat gətirir: “Vətəndaşların səsləndirdiyi əsas tələblər avtomobillərin və kişilərin hərbi qeydiyyat sənədlərinin yoxlanılmaması, buraxılış məntəqəsinin götürülməsi, dövlət sərhədi yaxınlığında yabanı bitkilərin pulsuz toplanmasına icazə verilməsi olub.
Sakinlərin arxlardan, tikanlı məftillərdən şikayətləndikləri dəqiqləşdirilir. Etirazçılar indi dağılışıblar, lakin heç nə dəyişməsə yolu yenidən bağlayacaqları ilə hədələyiblər.