Avropa İttifaqı (Aİ) Moldovaya tarixində ən böyük yardım paketini təqdim edəcək.
1xeber.media "Novosti"yə istinadən xəbər verir ki, bu barədə respublikanın başçısı Maya Sandu məlumat verib.
“Avropa İttifaqı böhranın təsirini yumşaltmaq üçün yeni dəstək paketi ilə gəlir. Bu vəsait sayəsində sağ sahildə vətəndaşlar və müəssisələr üçün elektrik enerjisi tariflərinin artırılması qismən kompensasiya olunacaq”, - Sandu bildirib.
Ümumilikdə, Aİ Moldovaya bir neçə mərhələdə təxminən 1,8 milyard avro ayıracaq. Moldova hakimiyyəti də həmin məbləğin bir hissəsini islahatları dəstəkləmək üçün istifadə edəcək.