Elm və Təhsil Nazirliyinin Məktəbəqədər və ümumi təhsil şöbəsinə yeni müdir təyin edilib.
1xeber.media xəbər verir ki bu barədə müvafiq əmr elm və təhsil naziri Emin Əmrullayev tərəfindən imzalanıb.
Əmrə əsasən, sözügedən vəzifəyə Çapay Məmmədov gətirilib.
Çapay Məmmədov psixologiya və idarəetmə ixtisası üzrə bakalavr, biznesin təşkili və idarəolunması ixtisası üzrə isə magistr təhsili alıb. O, bundan öncə nazirliyin İnsan resursları şöbəsinin müdiri kimi fəaliyyət göstərib.