Avropanın yeraltı anbarlarında qaz ehtiyatının səviyyəsi 50%-dən aşağı düşüb.
Məlumatı “Gas İnfrastructure Europe” portalı yayıb. Məlumata görə, hazırda “köhnə qitə”nin qaz ehtiyatı cəmi 49,95%-dir. Bunun 5 illə müqayisədə aşağı göstərici olduğu bildirilib.
Bununla belə Avropada havaların həddən çox soyuq keçməməsi, hələlik onun qazla təminatı baxımından təhdid yaratmır. Lakin Avropa yay aylarında qaz anbarlarını 90%-lik göstəriciyə çatdırmalı olacaq.
Bununla belə bu il qaz qiymətlərində artımın olacağı bildirilib. Belə ki, Avropa artıq rus qazından asılılığını minimum həddə çatdırıb və üstəlik Rusiyadan gələn 3 böyük boru kəmərindən ikisindən imtina edib. Bununla belə rus qazından sonra yaranan boşluğu kimin dolduracağı açıqlanmayıb.
Mövcud vəziyyət fonunda Avropada hazırda qiymətlərin 1000 kub metr qaza görə 600 dollar həcmində olduğu vurğulanıb. Bu qiymətin isə yaya doğru artacağı proqnozlaşdırılıb.