Bakının Nəsimi rayonunun Azadlıq prospekti istiqamətində nəqliyyat vasitələrinin hərəkətinə qoyulan məhdudiyyət aradan qaldırılıb.
Bu barədə 1xeber.media Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzindən (NİİM) məlumat verilib.
"Nəsimi rayonu, Şəmsi Bədəlbəyli və Rəşid Behbudov küçələrinin kəsişməsində yolda təmir işlərinin aparılması səbəbindən Azadlıq prospekti istiqamətində nəqliyyat vasitələrinin hərəkətinə qoyulan məhdudiyyət aradan qaldırılıb", - deyə bildirilib.
xxx
12:10
Bakının Nəsimi rayonunun Azadlıq prospekti istiqamətində nəqliyyat vasitələrinin hərəkətinə məhdudiyyət tətbiq edilib.
Bu barədə 1xeber.media Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzindən (NİİM) məlumat verilib.
"Nəsimi rayonu, Şəmsi Bədəlbəyli və Rəşid Behbudov küçələrinin kəsişməsində yolda təmir işləri aparılır. Bu səbəbdən Azadlıq prospekti istiqamətində nəqliyyat vasitələrinin hərəkətinə məhdudiyyət tətbiq edilib", - deyə məlumatda bildirilib.