ABŞ prezidenti Donald Tramp bildirib ki, Birləşmiş Ştatlar Ukraynada axan qanı dayandırmaq və xərclənən pulları geri almaq istəyir.
1xeber.media xəbər verir ki, brifinq Ağ Evin saytında yayımlanır.
“Mən bunu iki səbəbə görə edirəm. Birinci səbəb bütün bu insanları öldürməyi dayandırmaqdır. İkinci etmək istədiyim şey daha çox pul ödəməməkdir”, - Ağ Evin sahibi bildirib.
Tramp vurğulayıb ki, ABŞ “bütün pulları və daha çoxunu geri alacaq”.
Bundan əvvəl Trampla Rusiya prezidenti Vladimir Putin arasında telefon danışıqları olub. Söhbət zamanı dövlət başçıları Ukraynadakı münaqişənin həlli üçün dərhal danışıqlara başlamaq barədə razılığa gəliblər.