Rumıniya Baş Prokurorluğu müstəqil prezidentliyə namizəd Kalin Georgeskuya qarşı 6 ittiham irəli sürüb.
1xeber.media xəbər verir ki, bu barədə fevralın 26-da Agerpres agentliyi məlumat yayıb.
Qeyd olunur ki, o, Rumıniyanın konstitusiya quruluşuna qarşı hərəkətlərə çağırışda, yalan məlumatlar yaymaqda, seçki kampaniyasının maliyyələşdirilməsi mənbələri ilə bağlı yalan bəyannamələr verməkdə ittiham olunur.
Georgesku həmçinin “faşist, irqçi və ya ksenofobiya yönümlü” təşkilat yaratmaqda, soyqırım və müharibə cinayətlərində təqsirli olan şəxslərin ictimai təbliğatında, faşist, legioner, irqçi və ya ksenofob fikirlərin ictimai təbliğatında, habelə antisemit təşkilatın yaradılmasında iştirakda, ona qoşulmaqda və ya dəstəkləməkdə ittiham olunurdu.