Sosial Müdafiə Təşkilatı tərəfindən aparılan yoxlamalarda Türkiyədə 2023-cü ildə 89 min, 2024-cü ildə isə 100 minə yaxın saxta sığorta əməliyyatı aşkar edilib.
Sondakika xəbər verir ki, saxta şirkətlər vasitəsilə sığorta haqqı ödəyərək pensiyaya çıxan şəxslərlə bağlı araşdırmalar dərinləşdirilərkən, xidmət kitabçalarında “S” hərfi olan şəxslər saxta sığortalı kimi müəyyən edilərək pensiya maaşları ləğv edilir.
Sosial Müdafiə Təşkilatı(SGK) saxta sığorta yolu ilə haqsız yerə pensiyaya çıxanlarla bağlı araşdırmalarını gücləndirib.
Qurum xüsusilə saxta iş yerləri vasitəsilə edilən sığorta bildirişlərini araşdırıb və ümumilikdə 2114 iş yerinin saxta olduğunu müəyyən edib.