"Döyülən uşağın vəziyyəti kafidir, lakin onun bütün bədəni uzun müddətdir verilən işgəncələrin izi ilə doludur".
1xeber.media xəbər verir ki, bunu Qaynarinfo-ya Azərbaycan Uşaqlar Birliyinin sədri Kəmalə Ağazadə anası tərəfindən işgəncələrə məruz qalan uşaqdan danışarkən deyib.
Sədr uşağın tibbi ekspertizadan keçirildiyini vurğulayıb:
"Uşağa psixoloji, tibbi, hüquqi yardım göstərilib. Əminəm ki, yaxın zamanlarda ana barəsində həbs qəti imkanı tədbiri seçiləcək".
Sədrin sözlərinə görə, uşağın anası tərəfindən işgəncələrə məruz qalması ilə bağlı videoları ona dayəsi göndərib:
Sədr bütün bunlardan sonra həmin görüntüləri hüquq-mühafizə orqanlarına göndərib:
"Qadın gizlənirdi. Axır ki, hüquq-mühafizə orqanlarının səyi nəticəsində ananın Suraxanı rayonu ərazisində olduğu aşkarlanıb. "Mələk üçün susma" kampaniyası başlatmışıq. Düşünürəm ki, uşaqların müdafiəsi bir quruma şamil olunmalıdır".
Qeyd edək ki, Bakıda ana azyaşlı övladına ağır işgəncələr verib və onu videoya çəkib. Ana sonra həmin videoları uşağın dayəsinə göndərib.