Azərbaycan vətəndaşlarının böyrəyini satan ukraynalı qadın saxlanıldı.
1xeber.media xarici KİV-ə istinadən xəbər verir ki, 56 nəfərin böyrəyini satmaqda təqsirli bilinən ukraynalı qadın Polşada həbs edilib.
2020-ci ilin noyabrından İnterpolun “qırmızı xətti” ilə axtarışa verilən ukraynalı qadın maddi mənfəət üçün Qazaxıstan, Ermənistan, Azərbaycan, Ukrayna, Qırğızıstan, Tacikistan, Özbəkistan və Tailanddan olan 56 şəxsin böyrəklərini qanunsuz əldə etməkdə və “törətdiyi cinayətləri daimi gəlir mənbəyinə çevirməkdə” təqsirli bilinir.