Rusiyanın xalq artisti Bedros Kirkorov vəfat edib.
1xeber.media xəbər verir ki, bu barədə onun oğlu Filipp Kirkorov martın 18-də məlumat verib.
"Bu gün, 18 mart 2025-ci il, saat 15:37-də atam, Rusiyanın xalq artisti Bedros Kirkorov vəfat etdi, amma sən heç vaxt ürəyimdən getməyəcəksən" deyə müğənni Telegram kanalında yazıb.
Kiçik Kirkorovun nümayəndəsi Yekaterina Uspenskaya RİA Novosti-yə bildirib ki, atasının ölümünün səbəbi ürəyinin dayanması olub.
Bedros Kirkorov 2 mart 1932-ci ildə Bolqarıstanın Varna şəhərində anadan olub. 17 yaşına kimi o, ayaqqabıçılıq və moda dizaynı ixtisası üzrə peşə məktəbini bitirib. Bundan əlavə, musiqi məktəbini bitirib.
1962-ci ildə Moskvaya gələrək Rusiya Teatr Sənəti İnstitutunun (GİTİS) ikinci kursuna professor Boris Pokrovskinin sinfinə daxil olur. O, müəssisənin ilk əcnəbi tələbəsi olmaqla yanaşı, Rusiyanın xalq artisti adına layiq görülən ilk əcnəbi olub.
Ömrünün son illərində xeyriyyəçilik işlərində fəal iştirak etmişdir.