Xəbər verdiyimiz kimi, İstanbul Böyükşəhər Bələdiyyəsinin sədri Əkrəm İmamoğlu CHP daxilində pul sayma görüntüləri və "Şəhər Konsensusu" ilə bağlı aparılan istintaq çərçivəsində həbs edilib.
CHP sədri Özgür Özəl Saraçhanedə Demokrat Partiyasının sədri Gültəkin Uysal ilə görüşüb və İmamoğluna dəstək çağırışını təkrarlayıb.
Özəl bütün İstanbulluları bu axşam saat 20.30-da Saraçhanedə toplaşmağa dəvət edib.
O, Ankara bələdiyyə başçısı Mansur Yavaşla birlikdə orada olacağını qeyd edib.