Pakistanın Azərbaycandakı səfiri Qasım Mohiuddin qar uçqunu nəticəsində iki əsgərin həlak olması ilə bağlı ölkəmizə başsağlığı verib.
1xeber.media xəbər verir ki, səfir bu barədə sosial şəbəkə hesabında paylaşım edib.
"Martın 19-da Gədəbəydə qar uçqunu nəticəsində iki əsgərin faciəvi şəkildə həlak olması ilə bağlı qardaş Azərbaycan hökumətinə və xalqına dərin hüznlə başsağlığı veririk. Dualarımız onların ailələri ilədir", - paylaşımda bildirilib.
Xatırladaq ki, martın 19-da Gədəbəydə qar uçqunu nəticəsində Azərbaycan ordusunun iki əsgəri Əli İmanov və Ruslan Həmidov həlak olub. Ötən gün onların nəşi tapılaraq ailələrinə təhvil verilib.