Amerikalı iş adamı İlon Mask ölkədə “nəzarətdən kənar bürokratiya”ya qarşı mübarizəsi hələ bitmədiyi üçün prezident Donald Trampın müşaviri kimi ABŞ administrasiyasında işləməyə davam edəcək.
1xeber.media xəbər verir ki, bu barədə Amerikanın vitse-prezidenti J.D.Vens məlumat verib.
“Elon içəri girdi və biz dedik ki, hökuməti daha səmərəli etmək üçün sizə ehtiyacımız var, Amerika xalqının iradəsinə mane olan və həddən artıq çox pula başa gələn inanılmaz, nəhəng bürokratiyanı ixtisar etməyiniz lazımdır”, o, Fox News-a bildirib.
Vansın sözlərinə görə, Mask artıq irimiqyaslı fırıldaqçılıq sxemlərinin üstünü açıb. O, iş adamını administrasiyanın yaxın müttəfiqi, dostu və məsləhətçisi kimi xarakterizə edib.
Bundan əlavə, ABŞ vitse-prezidenti əlavə edib ki, milyarder Hökumətin Effektivliyi Departamentindən (DOGE) getdikdən sonra da iş davam etdiriləcək.