1xeber.media xəbər verir ki, Britaniyanın “The Mirror” nəşri bolqar öncə görən Vanqanın (tam adı – Vangeliya Pandeva Quşterova) 2025-ci il üçün qorxulu “peyğəmbərliklərinin” gerçəkləşməyə başladığını bildirib. Bu barədə media saytında dərc olunan məqalədə deyilir.
Xüsusilə, jurnalistlər Vanqanın 2025-ci ildə mühüm münaqişələr və təbii fəlakətlərin baş verəcəyi proqnozlarını tapıblar. Jurnalistlər martın sonunda Myanma və Taylandda güclü zəlzələ baş verdiyi üçün bu peyğəmbərliyin gerçəkləşdiyinə inanırdılar.