Rusiya prezidenti Vladimir Putin Belarus lideri Aleksandr Lukaşenko ilə telefon danışığı keçirib, siyasətçilər iki dövlət arasında əməkdaşlığın cari məsələlərini müzakirə ediblər.
1xeber.media xəbər verir ki, bu barədə Rusiya Federasiyası başçısının mətbuat katibi Dmitri Peskov məlumat verib.
O qeyd edib ki, Putin və Lukaşenko terrorizmlə mübarizədə xüsusi xidmət orqanları vasitəsilə ölkələr arasında əməkdaşlığa toxunub.
"Dövlət başçıları iki ölkə arasında əməkdaşlığın cari məsələlərini müzakirə ediblər", - Kreml nümayəndəsi vurğulayıb.
Lukaşenko bir qədər əvvəl Kiyevdən və xaricdən Putinə edilən “gizli” zənglərdən danışıb, həmçinin sərhəddə “pəncərələr” vasitəsilə Ukrayna ilə təmasların təfərrüatlarını açıqlayıb.