Nura Suri "Azpulmat"dan şikayətləndi: "Bezdim, insan olmayan ada olsaydı, gedib yaşayardım..."
""Azpulmat" nədir bilən var? Heç vaxt kredit götürməmişəm, kredit götürən insanlara da heç vaxt zamin olmamışam. Hər həftə mənə zəng edib kiminsə krediti gecikdirdiyin deyir robot. Əlaqə nömrəsi 1670 isə cavab vermir. Başa düşə bilmirəm nə məsələdir.
Bunu müğənni Nura Suri bildirib.
"Borc sevmirəm (nə vermək, nə də almaq). Vallah, gündə bir hoqqa çıxır bu ölkədə. Öz işimizlə, həyatımızla məşğul ola bilmirik. Mənə lazımdır bunu araşdırıb vaxt sərf etmək? İnsan olmayan ada olsaydı, gedib yaşayardım. Bezdim..." - o qeyd edib.