Rusiya Elmlər Akademiyasının Təhlükəsizlik Araşdırmaları Mərkəzinin elmi işçisi, amerikalı politoloq Konstantin Bloxin ABŞ prezidenti Donald Trampın iki-üç həftə ərzində qlobal vəziyyətin mümkün sabitləşməsi ilə bağlı bəyanatını izah edib.
1xeber.media xəbər verir ki, ekspert Donald Trampın bəyanatının İstanbulda Rusiya və Ukrayna arasında danışıqların başlamasından az sonra səslənməsinə baxmayaraq, Trampın Ukrayna münaqişəsini deyil, daha geniş beynəlxalq kontekstdən bəhs etdiyini irəli sürüb.
"Tamamilə mümkündür ki, o, bunu Ukraynaya deyil, Çinə münasibətdə deyib, çünki orada, xüsusən elektronika sahəsində razılaşmalar əldə olunub", - Bloxin etiraf edib.
Bundan başqa, Amerika liderinin bəyanatı digər regionlarda da gərginliyin azalması ilə bağlı ola bilər.