Prezident İlham Əliyev əfv sərəncamı imzalayıb.
1xeber.media xəbər verir ki, əfv sərəncamı 10 qadına şamil olunub, onlardan 5 nəfər həbsxanadan azadlığa buraxılır, 1 nəfər islah işləri cəzasına məhkum edilib cəzanın çəkilməmiş hissəsindən azad edilib, 2 nəfər azadlıqdan məhrum etmə cəzasına məhkum edilib və cəzalarının çəkilməsi təxirə salınıb cəzadan azad edilib, 2 nəfər azadlıqdan məhrum etmə cəzasına məhkum edilib və cəzasının çəkilməmiş hissəsi yarıyadək azaldılıb.
Əfv sərəncamına düşən qadınlar aşağıdakılardır:
Cəfərova Raminə Elbrus qızı, 1985-ci ildə anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, Sumqayıt Şəhər Məhkəməsinin 2021-ci il 23 avqust tarixli hökmü ilə məhkum edilmişdir.
Kamallı Aynur Hikmət qızı, 1988-ci ildə anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 2023-cü il 19 iyul tarixli hökmü ilə məhkum edilmişdir.
Qəniyeva Nərmin Rəşad qızı, 1991-ci ildə anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2022-ci il 1 sentyabr tarixli hökmü ilə məhkum edilmişdir.
Cəfərova Raminə Elbrus qızı, 1985-ci ildə anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, Sumqayıt Şəhər Məhkəməsinin 2021-ci il 23 avqust tarixli hökmü ilə məhkum edilmişdir.
Məhərrəmova Səadət Babək qızı, 1997-ci ildə anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2022-ci il 14 iyun tarixli hökmü ilə məhkum edilmişdir.
Qasımova Gülarə Mahmud qızı, 1960-cı ildə anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2022-ci il 29 iyun tarixli hökmü ilə məhkum edilmişdir.
Məlikova Aygün Cəbil qızı, 1982-ci ildə anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, Cəlilabad Rayon Məhkəməsinin 2022-ci il 10 mart tarixli hökmü ilə məhkum edilmişdir.
Heydərova Güney Aleksandr qızı, 1987-ci ildə anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2020-ci il 12 mart tarixli hökmü ilə məhkum edilmişdir.
Mirzəyeva Günər Sultan qızı, 1990-cı ildə anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, Bakı Apellyasiya Məhkəməsinin 2020-ci il 16 iyun tarixli hökmü ilə məhkum edilmişdir.
İsgəndərova Xalidə İsmixan qızı, 1969-cu ildə anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, Bakı Ağır Cinayətlər Məhkəməsinin 2016-cı il 14 sentyabr tarixli hökmü ilə məhkum edilmişdir.