1xeber.media xəbər verir ki, bu barədə “Wall Street Journal” (VSJ) İsrail hökumətindəki mənbəyə istinadla məlumat yayıb.
Nəşrin yazdığına görə, İsrail rəsmiləri İranın ali rəhbərini mümkün hədəflərdən biri kimi görür və bu məsələ artıq ciddi şəkildə dəyərləndirilir. Mənbə bildirib ki, Xameneinin fiziki aradan götürülməsi ehtimalı “artıq müzakirə mövzusudur” və o, “hədəf xaricində deyil”.
Mənbə VSJ-yə bildirib ki, əməliyyatın əsas məqsədi yalnız İranın nüvə proqramını sıradan çıxarmaq deyil, həm də Tehranın siyasi və hərbi rəhbərliyinə zərbə endirməkdir:
“Bu, İranın rəhbərliyinə açıq mesajdır. Əgər nüvə proqramı davam edərsə, nəticələr fərqli olacaq”.
İsrailin bu yanaşması bölgədə gərginliyin daha da artmasına səbəb olub. İran tərəfi isə Xameneinin təhlükədə olduğu ilə bağlı xəbərləri “psixoloji müharibə” adlandırıb və ölkənin müdafiə qüvvələrinin hər cür ssenariyə hazır olduğunu bəyan edib.
Beynəlxalq ekspertlər isə xəbərdarlıq edirlər ki, Xameneinin hədəf alınması bölgədə vəziyyəti nəzarətdən çıxara bilər. Bu halda İranın proksi qüvvələri vasitəsilə İsrail və müttəfiqlərinə qarşı genişmiqyaslı hücumlara start verə biləcəyi ehtimal olunur.
Globalinfo.az