İsrail Müdafiə Qüvvələri (IDF) iranlı xilasedicilərə Tehranda zərərçəkənlərə yardım göstərərkən onlara hücum edib.
1xeber.media “Mehr”-ə istinadən xəbər verir ki, bu barədə İranın Qızıl Aypara Cəmiyyəti məlumat yayıb.
"IDF Qızıl Aypara qruplarına yardım göstərərkən onlara hücum edib. Ehtimal var ki, Tehranda iki yardım işçisi birbaşa vurulmuş ola bilər", - agentlik bildirir.
Bundan əvvəl İsrail xəbər yayımı zamanı İran dövlət televiziyasının qərargahına hücum edib. Partlayış İran İslam Respublikası Yayımları (IRIB TV3) kanalının canlı efirində baş verib.
Öz növbəsində Tehran da İsrailə “çox böyük zərbə”yə hazırlaşmağa başlayıb və yaxın vaxtlarda bunu həyata keçirməyə hazırlaşır. SNN-in məlumatına görə, hücum İsrailin Bney Brak şəhərinə planlaşdırılıb.