1xeber.media xəbər verir ki, ABŞ prezidenti Donald Tramp İsrailin Qəzza zolağında atəşkəs üçün lazım olan şərtlərlə razılaşdığını açıqlayıb. Eyni zamanda, Həmas Ağ Ev rəhbərinin təklifini də rədd edib. Yaxın günlərdə Tramp İsrailin baş naziri Benyamin Netanyahu ilə görüşəcək və bundan sonra atəşkəsin bağlanacağını gözləyir.
CNN: Tramp İsrailin Qəzzada atəşkəs şərtlərinə razı olduğunu açıqlayıb
Tramp bildirib ki, İsrail Qəzza zolağında atəşkəs rejimini tamamlamaq üçün “lazımi şərtlərlə razılaşıb”. HƏMAS radikal qruplaşmasının bu şərtləri qəbul edib-etməyəcəyi hələlik bəlli deyil. ABŞ administrasiyasının iki nümayəndəsi təşkilatın razılaşma ilə razılaşmalı olacağını bildirib. Tramp həmçinin bildirib ki, Qətər və Misir buna əməl edəcək.