Rusiya və Fransa prezidentləri Vladimir Putin və Emmanuel Makron arasında söhbət Fransa tərəfinin təşəbbüsü ilə baş tutub.
1xeber.media xəbər verir ki, bunu Rusiya liderinin mətbuat katibi Dmitri Peskov deyib.
“Təşəbbüs Fransa tərəfindən idi”, - Kreml nümayəndəsi qeyd edib və əlavə edib ki, Moskva dialoqa hazır olduğunu dəfələrlə bəyan edib.
Peskov bildirib ki, dövlət başçıları arasında söhbət iki saatdan çox davam edib.
İyulun 1-i axşam saatlarında Vladimir Putin Emmanuel Makronla telefon danışığı aparıb. Əsas müzakirə mövzuları İsrail və İran arasında münaqişə, ABŞ-ın İranın nüvə obyektlərinə zərbələri və Ukraynadakı vəziyyət olub.