1xeber.media xəbər verir ki, Kremlin sözçüsü Dmitri Peskov iyulun 9-da ABŞ prezidenti Donald Trampın Rusiya prezidenti Vladimir Putinə qarşı ritorikasını sərtləşdirməsini şərh edib.
Kremlin sözçüsü Dmitri Peskov amerikalı siyasətçinin yeni bəyanatlarının qəbulu ilə bağlı jurnalistlərin suallarını cavablandırarkən deyib: “Biz bu məsələdə kifayət qədər sakitik, Trampın prinsipcə sərt üslubu var”.
O, həmçinin qeyd edib ki, Kreml Trampın Ukrayna münaqişəsi ilə bağlı bəyanatlarının daha bir hissəsinə diqqət yetirib.