Ermənistanın baş naziri Nikol Paşinyan Azərbaycanla iqtisadi münasibətlərin normallaşdırılmasına dair diqqətçəkən bəyanat verib.
1xeber.media xəbər verir ki, o, Ermənistanın həm ikitərəfli ticarət əlaqələrinin bərpasında, həm də regiondaxili nəqliyyat dəhlizlərinin açılmasında maraqlı olduğunu bildirib.
"Biz Azərbaycanla ikitərəfli ticarət əlaqələrini bərpa etməyə, Azərbaycandan Ermənistan ərazisi ilə Azərbaycana və ya üçüncü ölkələrə əlaqəni təmin etməyə, eləcə də Ermənistanın Azərbaycan ərazisi ilə üçüncü ölkələrə çıxışını təmin etməkdə maraqlıyıq", – deyə Paşinyan vurğulayıb.